
Hal-hazırda məhsulun istehsal həcmi ildə 3600 tona qədər artırılıb ki, bunun da 40%-i Ukraynanın Kiyev, Qazaxıstanın Atırau, Rusiyanın Volqoqrad, Rostov və Mahaçqala kimi şəhərlərinə ixrac olunur.
Müəssisədə işləyən bütün texniki mütəxəssislər Avstriyada təcrübə kecmişlər. Türkiyənin “Akdeniz Kimya”, Amerikanın “Resin Technology LLC”, Almaniya və İtaliyanın “İNEOS Vinyls Sales GmbH”, Yaponiyanın “Mitsubishi Corporation”, Koreyanın “LG” kimi nəhəng şirkətləri müəssisəmizi profil istehsalı üçün lazım olan xammal ilə təchiz edir. LAOUMANN profillərinin yüksək keyfiyyətinə sübut – plastik kütlə və polimerlərin İSO 306, DİN 53453, DİN 53457, RAL GZ 716/1 normaları əsasında kecirilmiş laborator sınaqlar zamanı yüksək nəticə əldə etməsidir.
Keyfiyyətli məhsul bizim şirkətin iqtisadi uğurunun əsasını təşkil edir. Biz məhsul və xidmətlərimizin yüksək keyfiyyətinə zəmanət verir, tədarükcilərimiz qarşısında yüksək tələblər qoyuruq. Xammalımızın keyfiyyət və təhlükəsizliyi bizim daim diqqət mərkəzimizdədir. Azərbaycan Respublikasında PVX profilinin keyfiyyəti müvafiq sertifikatlar və protokollarla təsdiq olunmuşdur.

Müəssisədə istehsal olunan profillər müntəzəm olaraq labarator sinaqlardan keçirilir. Istehsal olunan hər partiyadan nümunələr götürülərək labaratoriyada yoxlanılır, aşkar olunan hər-hansı çatışmamazlıqlar dərhal aradan qaldırılır.

Əlvan metallardan olan alüminiumun bir çox spesifik xüsusiyyətləri mövcuddur ki, bu da məhz bu metaldan olan profillərin istehsalını özünəməxsus mürəkkəbliyi ilə şərtləndirir. Tükənən resurslardan qaynaqlanan alüminiumun tədarükü, ilkin emalı, yarımfabrikat halına gətirilməsi və nəhayət profillər formasında bazara təqdim olunması bu sahənin mürəkkəbliyinə dəlalət edir.
ABŞ-ın NORTH-WEST İNTERNATİONAL LLC şirkətinin Azərbaycan Nümayəndəliyi özünün peşəkar kadr heyətinin və müasir texnika və texnologiyalarla hazırlanan yeni nəsil avadanlıqları daxil olan maddi-texniki bazasının kompleks istifadəsi vasitəsilə bu istehsal prosesini uğurla həyata keçirir.
Belə ki, müəssisədə çalışan kadr-mühəndis heyəti vaxtaşırı xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edirlər.
Bununla yanaşı müəssisənin maddi-texniki bazasına daxil olan qurğu və avadanlıqlar mütəmadi olaraq yenilənir. Buna misal olaraq, 2008-ci ildə alınıb quraşdırılmış Tayvan istehsalı olan press avadanlığını göstərmək olar. Tayvanın MEİ RUEY İNDUSTRİAL CO. LTD (Sıxıcı Avadanlqlar İstehsalı Zavodu) şirkətinin istehsal etdiyi qurğu kompleksi (1880 UST Aluminyum Press Plant. 2007-2008 model ) alüminium profillərin istehsalında dünya standartlarına uyğun son tələblərə cavab verir.