Haqqımızda


      Biz, ABŞ-ın “NORTH WEST INTERNATIONAL  LLC” şirkətinin nümayəndəliyi olaraq, 2001-ci ildən etibarən Azərbaycanda ən müasir plastik qapı və pəncərə sistemlərindən biri sayılan LAOUMANN sisteminin istehsalına başlamışıq. İlk dovrlərdə, illik istehsal həcmi 720 ton olan yalnız bir ekstruziya xəttinin olmasına baxmayaraq, bu gün istehsalın əsasını TECHNOPLAST firmasının 5-ci nəsil istehsalı olan 5 ən yeni avadanlıq, bundan əlavə müasir texnologiyalar, yüksək keyfiyyətli xarici xammal və xüsusi əlavələrin kompleks şəkildə istifadəsi təşkil edir.LAOUMANN məhsullarının bütün ceşidlərini tikinti sahəsində fəaliyyət gostərən ixtisaslaşmış tikinti şirkətlərinin, tikinti sistemlərinin montajı ilə, topdan satışı ilə məşğul olan şirkətlərin, planlaşdırma büroları və memarların, tikinti obyektlərinin sahibi olan ozəl və dovlət təşkilatlarının nəzərinə catdırırıq.Dünya bazarlarında qazandığımız uğurun əsasında aşağıdakı prinsip və imkanlar durur:• Biznes tərəfdaşlarımızla qarşılıqlı faydalı əməkdaşlığın qorunub saxlanması və inkişafı, işdə dəqiqlik və müntəzəmlik, müştərinin hər bir istəyinin vaxtlı-vaxtında və effektiv şəkildə yerinə yetirilməsi, işdə vicdanlılıq, açıqlıq və şəffaflıq;• Bütün texniki sənədləşmələrin, frezerlərin və onların qəliblərinin, proqram təminatının və məhsul nümunələrinin, avadanlığın qaydaya salınmasına təminat;• Heyətin yüksək ixtisaslaşması, professional məsləhətləri və pəncərə konstruksiyalarının istehsalı ilə bağlı bütün məsələlərdə yardım, istehsalçı heyətin məqsədyonlü şəkildə təlimatlandırılması;• Azərbaycanın əsas şəhərlərində ticarət anbarlarının və nümayəndəliklərin movcudluğu;• Boyük həcmdə məhsul ceşidlərimiz və onların Sizə uyğun vaxtda yüklənməsi;• Anbar və ofisin eyni bir məkan daxilində olması;• Marketinq və reklam dəstəyi;• Yüksək istehlakçı keyfiyyətlərinə malik olan və qüsursuzluğu ilə secilən LAOUMANN profil sistemlərinin əlverişliliyi. LAOUMANN profilli pəncərələr sübut edir ki, dəyər verdiyimiz bütün arzuları həyata kecirmək mümkündür.Biz Sizə istənilən layihələrin hazırlanması və həyata kecirilməsində dəstək olmağa hazırıq.   İlk dəfə Azərbaycanda qapı və pəncərə sistemləri üçün  alüminium profillərin istehsalına 2001-ci ildə təsis edilmiş “ALPROF” Azərbaycan – Türkiyə  Birgə Məhdud Məsuliyyətli Cəmiyyəti  başlamışdır. “ALPROF” brendi altında istehsal olunan mallar qısa zaman kəsiyində yerli bazarlarda öz yerini tutmuş və tədricən mövqeyini möhkəmləndirmişdir. Qapı və pəncərə sistemləri üçün  alüminium profillərin istehsalının hələ formalaşma mərhələsində olduğu vaxtlardan “ALPROF” BMMC   yerli bazarı bu qəbildən olan məhsullarla təmin edən ilk istehsalşılardandır.
    2006-cı ildən etibarən isə ABŞ-ın NORTH-WEST İNTERNATİONAL  LLC  şirkətinin Azərbaycan Nümayəndəliyi  “ALPROF” Azərbaycan – Türkiyə  Birgə Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmlərini alaraq  alüminium profillərin istehsalı  sahəsində yeni bir səhifə açdı.
     Keçən müddət ərzində əmtəə brendi yenə də  “ALPROF” saxlanılmaqla yeni texnologiyaların alınması, əmtəə çeşidlərinin artırılması, kadr-mütəxəssis heyətinin təkmilləşdirilməsi və  bir sıra struktur  dəyişikliklərin aparılması kimi  tədbirlər görülmüşdür.
    ABŞ-ın NORTH-WEST İNTERNATİONAL  LLC  şirkətinin Azərbaycan Nümayəndəliyinin əsas fəaliyyət sferası olan   PVX  profillərin və alüminium  profillərin istehsal sahələrinin eyni  bir məkan daxilində olması inkşafda olan tikinti sektorunun və  zövq müxtəlifliyi ilə seçilən alıcı tələblərini  ideal  pəncərə sstemləri ilə  təmin etməyə imkan  verir.
    Bu gün də müəssisə yerli və xarici bazarlarda  artan  alıcı tələbatının qarşılanmasında yeni – yeni uğurlara imza atır.