Əməkdaşlıq

Rusiyanın digər regionlarının, həmçinin Moskva şəhərinin təlabatını ödəmək məqsədi ilə, 2006-cı ildə Moskvada yeni, bütün müasir standartlara cavab verən müəssisə fəaliyyətə başladı. Hazırda müəssisədə istifadə olunan Avstriyanın “Gruber and Co” şirkətinin son nəsil avadanlıqları ildə 6000 ton məhsul istehsal etmək imkanı yaradır. Şirkətimiz xarici olkələrdə yeni tərəfdaşlar axtarmaqla yanaşı, Azərbaycanın bütün iri şəhər və rayonlarında nümayəndəliklərin acılmasını qarşısına məqsəd qoymuşdur. Anbar sahələrimiz və istehsal gücümüz, həm istehlakcı şirkətlər, həm də distributorlar ücün nəzərdə tutulmuş profil ehtiyatının saxlanmasına və sifarişcilərin fasiləsiz təminatına imkan  yaradır.